BEYNƏLXALQ ELMİ-PRAKTİKİ KONFRANS



HEYDƏR ƏLİYEV VƏ AZƏRBAYCAN NEFT STRATEGİYASI:

Neft-Qaz Geologiyası və Geotexnologiyalarında irəliləyişlər


Azərbaycan xalqının Ümummilli Lideri
Heydər Əliyevin 100-illik yubileyinə həsr edilir

23 - 26 may   2023 il

Beynəlxalq elmi-praktiki konfrans



Vacib tarixlər
Aprel
15
2023

Tezislərin qəbulunun son tarixi

May
17
2023

Online qeydiyyatdan keçməyin son tarixi

May
23-26
2023

Konfrans günləri

May
26
2023

Palçıq vulkanlarına ekspedisiya



Hörmətli həmkarlar!


    Sizi, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş “HEYDƏR ƏLİYEV VƏ AZƏRBAYCAN NEFT STRATEGİYASI: Neft-qaz geologiyası və geotexnologiyalarında irəliləyişlər” mövzusunda keçiriləcək beynəlxalq elmi-praktiki konfransda iştirak etməyə dəvət edirik. Konfrans 23-26 may 2023-cü il tarixlərində Azərbaycanın paytaxtı Bakı şəhərində keçiriləcəkdir.

    Konfrans neft-qaz geologiyası, geokimyası, geofizikası, neft və qaz yataqlarının işlənməsi, quyuların qazılması və geoekologiya istiqamətləri üzrə alim və mütəxəssislər üçün nəzərdə tutulub.

    Məlumdur ki, Azərbaycan dünyanın ən qədim karbohidrogen əyalətidir. Bu bölgədə ən zəngin neft və qaz yataqları aşkar edilib və istismar olunmaqdadır. Hazırda karbohidrogenlərin axtarışı, kəşfiyyatı və işlənməsi əsasən Xəzər hövzəsinə yönəldilmiş və böyük dərinliklərdə sənaye əhəmiyyətli karbohidrogen yataqlarının aşkarlanması imkanları təhlil edilir.

    Mürəkkəb, geodinamiki cəhətdən aktiv geoloji mühit karbohidrogen yataqlarının axtarışı və istismarına kompleks yanaşmanın tətbiqini tələb edir. Yalnız klassik geoloji, qabaqcıl geotektonik, geodinamik və müxtəlif geofiziki üsulların optimal birgə istifadəsi qarşıya qoyulan vəzifələrin həllinə imkan verə bilər. Müasir elmi və sənaye təkamül yerüstü, quyu, susəthi, sualtı, peyk məlumatlarının və məsafədən idarə olunan aparatlarla müşahidələrin inteqrasiyasına imkan verir. Karbohidrogenlərin yeraltı boru kəmərləri ilə nəqlinin monitorinqi problemləri də müəyyən yer tutur.

    Uzun müddət tədqiqatların aparılmasına baxmayaraq, regionun mürəkkəb geologiyası və müxtəlif karbohidrogen sistemləri haqqında anlayışlar yeni konsepsiyaların yaranması və yoxlanılması, yeni məlumatların əldə edilməsi və köhnə materialların yenidən təhlili əsasında inkişaf etməkdədir.

    20 sentyabr 1994-cü il tarixində Azərbaycanın neft sənayesinin və bütövlükdə iqtisadiyyatının inkişafında yeni dövrün başlanğıcını qoyan “Əsrin müqaviləsi”nin imzalanması respublikamızın 21-ci əsrdə inkişaf və rifahının dinamik yolunu müəyyən etdi. Azərbaycan Prezidenti və Ümummilli Lider Heydər Əliyevin imzaladığı və onun davamçısı, hazırkı Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilən “Əsrin müqaviləsi” dövlətimizin inkişafında mühüm irəliləyiş etməyə və müvafiq geosiyasi mövqe tutmağa imkan verdi. “Əsrin müqaviləsi”nin həyata keçirilməsi müstəqil Azərbaycanın iqtisadi inkişaf konsepsiyası olan düzgün neft strategiyasının həyata keçirilməsinin əyani sübutudur.

    Bu konfrans çərçivəsində müxtəlif elm sahələrini təmsil edən alimlərin qovuşmağı və ünsiyyəti təkcə Azərbaycanın deyil, dünya neft-qaz sektorunda müxtəlif problemlərin həlli üçün müasir yanaşmaları müəyyən etməyə və yeni metodların işlənməsinə imkan verəcək.

    Möhtəşəm şəhərimizi ziyarət etmək və bu əlamətdar elmi tədbirdə iştirak etmək fürsətini qaçırmayın!

 

Reset password

close_icon
close_icon